AZXEBER.COM-un məlumatına görə, burada UEFA Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Çempionlar Liqasında 8 ən güclü komanda sırasına “Barselona”, “Real Madrid”, “Malaqa” (İspaniya), “Bavariya”, “Borussiya Dortmund” (Almaniya), PSJ (Fransa), “Yuventus” (İtaliya) və “Qalatasaray” (Türkiyə) daxil olub.
Avroliqada isə “Tottenhem”, “Çelsi”, “Nyukasl” (İngiltərə), “Latsio” (İtaliya), “Benfika” (Portuqaliya), “Bazel” (İsveçrə), “Rubin” (Rusiya) və “Fənərbaxça” (Türkiyə) yarımfinal uğrunda mübarizə aparacaq.
ÇL-in püşkü Bakı vaxtı ilə saat 15:00-da, AL-in püşkatması isə 15:40-da başlanacaq.