Çempionlar Liqası və Avroliqanın püşkü atılır

İDMAN
12:03 12.04.2013
1619

Bu gün bütün futbolsevərlərin diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək.

AZXEBER.COM-un məlumatına görə, burada UEFA Çempionlar Liqası və Avopa Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq.

ÇL-in yarımfinal mərhələsinə 2 ispan və 2 alman klubu vəsiqə qazanıb. Bu iştirakçılardan 3-ü ötən mövsüm də 1/2 finalda mübarizə aparmışdı. Ötənilki “heyət”də “Çelsi”ni Dortmund “Borussiya”sı əvəzləyib.

“Barselona” (İspaniya) “Real” (İspaniya) “Bavariya” (Almaniya) “Borussiya” (Dortmund, Almaniya)

Avroliqada isə “Çelsi” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Benfika” (Portuqaliya) və “Bazel” (İsveçrə) klubları rəqiblərinin kimliyini öyrənəcək.

Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

OXŞAR XƏBƏRLƏR