Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilir.İlk iki yarımfinalçının adı bəlli olub.Səfərdə PSJ-ni məğlub edən "Barselona" rəqibini doğma azarkeşləri önündə qəbul edib. Paris təmsilçisi yarımfinala adlamaq üçün rəqibinə ən azı 3 cavabsız qol vurmalı idi. Lakin “Barselona” buna imkan verməyib. Kataloniyalılar Neymarın dublu sayəsində yarımfinla vəsiqə qazanıblar.Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkib. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb – 6:1. Beləliklə Pep Qvardiola nın komandası da yarımfinala yüksəlib.Qeyd edək ki, digər iki yarımfinalçı bu gün keçiriləcək iki oyundan sonra müəyyənləşəcək.21 aprelÇempionlar Liqası, 1/4 finalın cavab oyunları23:45. "Barselona" (İspaniya) - PSJ (Fransa) - 2:0(İlk oyun - 3:1)Qollar: Neymar, 14, 3423:45. "Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya) - 6:1(İlk oyun - 1:3)Qollar: Alkantara, 14 (1:0), Boatenq, 22 (2:0), Levandovski, 27 (3:0), Müller, 36 (4:0), Levandovski, 40 (5:0), Martnez, 73 (5:1), Alonso, 88 (6:1)22 aprel"Monako" (Fransa) - "Yuventus" (İtaliya)(İlk oyun - 0:1)"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya)(İlk oyun - 0:0)