“Çempionlar Liqasında bir favorit varsa, bu, “Barselona”dır” – Poçettino

“Çempionlar Liqasında bir favorit varsa, bu, “Barselona”dır” – Poçettino
İDMAN
19:23 19.03.2019
4095
"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqası haqqında açıqlama verib.

47 yaşlı mütəxəssis bu mövsüm Çempionlar Liqasında "Barselona"nın favorit olduğunu deyib:

"Barselona" mükəmməl futbolçulara və dünyanın ən yaxşısı olan Lionel Messiyə sahibdir. Çempionlar Liqasında bir favorit varsa, bu, "Barselona"dır. Bütün komandalardan bir addım irəlidədirlər.

Lionel Messi bənzərsiz və qeyri-adidir. Heç kimin gözləmədiyi şeyləri edir. Amma daha təəccüblüsü onun bu qədər sabit çıxış etməsidir. Son 12 ildə hər oyunda inanılmaz işlər görür".

Argentinalı mütəxəssis Çempionlar Liqasının finalında qarşılaşmaq istədiyi komandanı da açıqlayıb:

"Finalda "Barselona" ilə qarşılaşmaq istəyərəm. Onlarla rəqib olmaqdan zövq alıram".

"Tottenhem" Çempionlar Liqasının 1/4  final mərhələsində "Mançester Siti"nin rəqibidir.
 
///komanda.az
OXŞAR XƏBƏRLƏR