UEFA Çempionlar Liqasında həftənin futbolçusu bəlli olub.
AzxeberSport-un məlumatına görə, "Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabri yarımfinal mərhələsindəki performansı ilə rəqiblərini üstələyib.
25 yaşlı hücumameyilli oyunçu azarkeşlər arasında aparılan səsvermədə komanda yoldaşı Robert Levandovski, həmçinin PSJ-nin oyunçuları Neymar ilə Anxel Di Mariyanı qabaqlayıb.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya”nın "Lion”u 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın ilk 2 qoluna Qnabri imza atıb.