Futbol üzrə Çempionlar Liqasında ikinci finalçının da adına aydınlıq gəlib.AZXEBER.COM-un məlumatına görə, Madriddə qolsuz bərabərliyə razı olan "Atletiko" klubu Londonda "Çelsi"yə şok yaşadıb.Belə ki, Joze Mourinyonun komandası birinci hissədə hesabda önə keçsə də, sərfəli hesabı qoruya bilməyib. İlk hissənin son dəqiqəsində qapısında qol görən "Çelsi" 61-ci dəqiqəsində penalti zərbəsindən cəzalandırılıb."Land of fire Azerbaijan" formalı "Atletiko" 72-ci dəqiqədə Arda Turanın qoluna sevinib.Xatırladaq ki, "Atletiko" finalda "Real Madrid"lə qarşılaşacaq.30 aprel"Çelsi" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 1:3 (İkinci hissə) (İlk oyun - 0:0)