Bu gün UEFA Çempionlar Liqasında II turun qarşılaşmalarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarının komandaları meydana çıxacaqlar.Bu qrupların üçündə ilk turu qələbə ilə başa vuran klublar üz-üzə gələcək. E qrupunda “Bazel” və “Şalke”, F qrupunda “Arsenal”la “Napoli”, G qrupunda “Atletiko” ilə “Porto” arasında Pireney derbisi liderlərinin dueli kimi maraq doğurur. H qrupunda isə “Barselona”nı Şotlandiya səfəri gözləyir. İlk turda uduzmasına baxmayaraq, “Seltik”in ispaniyalılara başağrısı olması istisna deyil.Azərbaycanda kifayət qədər azarkeşi olan “Qalatasaray” meydana çərşənbə günü çıxacaq. İlk matçında doğma meydanda darmadağın olan istanbullular “Real” məğlubiyyətini İtaliyada unutdurmağa çalışacaqlar. “Yuventus”la görüşdə də xalsız qalacağı halda, “Cim-Bom” 1/8 final arzularına böyük zərbə vuracaq.