Çempionlar Liqasında püşk atıldı: “Trabzonspor”un rəqibi bəlli oldu

İDMAN
01:43 26.08.2011
1915

Az öncə Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, Monakoda təşkil olunan tədbir öncəsi 32 komanda 4 səbətdə yer alıb. Daha güclülərin yer aldığı birinci səbətdə İngiltərə 3, İspaniya 2, Portuqaliya, Almaniya və İtaliya hərəyə 1 komanda ilə təmsil olunub. “Fənərbaxça”nın yerinə püşkə qatılan “Trabzonspor” isə sonuncu səbətdə idi.  Türkiyə təmsilçisi B qrupunda yer alıb və burada “İnter”, Moskva MOİK-i və “Lill”ə mübarizə aparacaq.  Qitənin ən titullu klublarından olan “Barselona” və “Milan” eyni qrupa düşüb. “Neftçi”nin turnirdən kənarlaşdıran Zaqreb “Dinamo”su isə “Real”, “Lion” və “Ayaks”la üz-üzə gələcək. A qrupu: “Bavariya” (Almaniya), “Vilyareal” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Napoli” (İtaliya) B qrupu: “İnter” (İtaliya), MOİK (Moskva, Rusiya), “Lill” (Fransa), “Trabzonspor” (Türkiyə) C qrupu: “Mançester Yunayted” (İngiltərə), “Benfika” (Portuqaliya), “Bazel” (İsveçrə), “Otselul” (Rumıniya) D qrupu: “Real” (İspaniya), “Lion” (Fransa), “Ayaks” (Hollandiya), “Dinamo” (Zaqreb, Xorvatiya) E qrupu: “Çelsi” (İngiltərə), “Valensiya” (İspaniya), “Bayer” (Almaniya), “Genk” (Belçika) F qrupu: “Arsenal” (İngiltərə), “Marsel” (Fransa), “Olimpiakos” (Yunanıstan), “Borussiya” (Dortmund, Almaniya) G qrupu: “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Zenit” (Rusiya), “Hapoel” (İsrail) H qrupu: “Barselona” (İspaniya), “Milan” (İtaliya), BATE (Belarus), “Viktoriya” (Çexiya)

OXŞAR XƏBƏRLƏR