'Çempionlar Liqası'nın ən yaxşıları müəyyənləşdi - SİYAHI

İDMAN
11:55 19.12.2012
1704

AZXEBER.COM-un verdiyi məlumata görə, turnirin ən yaxşı oyunçusu adına “Qalatasaray”ın forvardı Burak Yılmaz layiq görülüb.

Hücumçu 6 oyuna 6 qol vurmaqla “cim-bom”un mərhələ adlamasında əvəzsiz rol oynayıb. Burak bombardirlik yarışında Kriştiano Ronaldo ilə birlikdə liderdir.

ÇL-in ən yaxşı komandası “Borussiya Dortmund” olub. Yürgen Kloppun yetirmələri “ölüm qrupu”nda “Real Madrid”, “Mançester Siti” və “Ayaks”ı üstələyərək 1-ci olub. Onlar bu mərhələni məğlubiyyətsiz başa vurub (4 qələbə, 2 heç-heçə).

Ən maraqlı oyun adını “Real Madrid” 3:2 “Mançester Siti” oyunu qazanıb. Ən gözəl qol isə “Milan”ın futbolçusu Filip Meksesin “Anderlext”ə vurduğu qol hesab edilib.

Turnirin antirekordçusu “Çelsi” olub. “Zadəganlar” ötən mövsüm ÇL-in qalibi olsa da, bu il qrup mərhələsini adlaya bilməyib. Ən əzmkar komanda isə Zaqreb “Dinamo”sudur. Xorvatlar ardıcıl 5 məğlubiyyətdən sonra 6-cı turda “Dinamo Kiyev”lə qarşılaşmada da hesabda geridə olsa da, oyunun son dəqiqəsində bərabərlik qolunu vurub. Bununla Zaqreb təmsilçisi antirekordlardan qurtula bilib.

OXŞAR XƏBƏRLƏR