Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşir

İDMAN
11:03 09.04.2013
1572

Bu gecə UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək.

AZXEBER.COM-un məlumatına görə, Dortmund “Borussiya”sı doğma meydanda “Malaqa”nı qəbul edəcək.

İstanbulun “Qalatasaray” klubu isə “Real”la qarşılaşacaq. İlk oyunda 3:0 hesabı ilə qalib gələn Madrid təmsilçisi cütün taleyini böyük ölçüdə həll edib.

İstanbul təmsilçisin heyətində sarı vərəqə cəzası ilə Burak Yılmaz və Dani oyunu buraxmalı olacaq. Eyni cəza səbəbindən "Real"da Serxio Ramos və Xavi Alonso bu qarşılamada forma geyə bilməyəcək. Pepe isə məşq zamanı zədələndiyi üçün meydana çıxa bilməyəcək.

Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları

9 aprel 23:45. “Borussiya Dortmund” (Almaniya) – “Malaqa” (İspaniya) İlk oyun 0:0 23:45. “Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya) İlk oyun 0:3

OXŞAR XƏBƏRLƏR