Çempionlar Liqasının püşkü atıldı: Messi Neymara qarşı

Çempionlar Liqasının püşkü atıldı: Messi Neymara qarşı
İDMAN
15:45 14.12.2020
708
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cütləri bilinib.

AZXEBER.COM xəbər verir ki, püşkatmadan sonra 16 komanda rəqiblərini tanıyıb:

"Borusiya” (Mönxenqladbax, Almaniya) – "Mançester Siti” (İngiltərə)

"Latsio” (İtaliya) – "Bayern” (Almaniya)

"Atletiko” (İspaniya) – "Çelsi” (İngiltərə)

"Leypsiq” (Almaniya) – "Liverpul” (İngiltərə)

"Portu” (Portuqaliya) – "Yuventus” (İtaliya)

"Barselona” (İspaniya) – PSJ (Fransa)

"Atalanta” (İtaliya) – "Real” (İspaniya)

"Sevilya” (İspaniya) – "Borrusiya” (Dortmund, Almaniya)

Bu oyunlar içərisindən "Barselona” – PSJ matçı diqqəti çəkir. Belə ki, braziliyalı Neymar sabiq komandasına qarşı oynayacaq. Həmçinin, bu matç Neymarla argentinalı ulduz Lionel Messinin qarşıdurması kimi də dəyərləndirilə bilər.

Qeyd edək ki, 1/8 final oyunları iki hissəyə bölünəcək. 16-17 və 23-24 fevralda ilk oyunlar baş tutacaq. Cavab oyunları 9-10 və 16-17 martda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR