Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı - Paylaşım

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı - Paylaşım
İDMAN
21:05 17.09.2025
180
UEFA "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, UEFA Çempionlar Liqasının "Facebook" səhifəsində edilən paylaşım Ağdam təmsilçisinin "Benfika" üzərində qələbəsinə həsr olunub.

Paylaşımda Qurban Qurbanovun fotosu paylaşılaraq, aşağıdakı sözlər yazılıb:

"Qarabağ"ın "Benfika" zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!".

Xatırladaq ki, "Qarabağ" ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində "Benfika"ni səfərdə 2:3 hesabı ilə məğlub edib.

 


OXŞAR XƏBƏRLƏR