Türkiyəli ulduz Emre Aydının Bakı konsertinin biletləri arıq satışdadır.
Bu barədə konsertin təşkilatçısı Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, biletlərin qiyməti 40 manatdan başlayaraq 100 manata qədər yüksəlir. Əli onu da qeyd etdi ki, konsertə az qalmış biletin qiymətində artım olacaq.
Qeyd edək ki, Emre Aydının Bakı konserti 17 noyabr tarixində Buta Palacedə keçiriləcək. “Aplus production” və “ALL Stars”ın birgə təşkil etdiyi konsertdə Emre ilə yanaşı tanınmış türk DJ-I Erdi Erdoğan ve bizim Dj Çina da iştirak edəcək.
Bir çox sürprizlərlə bol olan və səhərə kimi diskoteka ilə davam edən konsertin biletlərini şəhərin kassaları ilə yanaşı bu nömrələrdən də əldə etmək olar - 050 597 00 80 və 055 221 08 00.