Əmrə Bəlözoğlu “Fənərbaxça”nın heyətindən kənarlaşdırıldı

İDMAN
19:42 13.12.2011
2140
Türkiyə Superliqasının sonuncu turu çərçivəsində dünən səfərdə “Bursaspor”u 2:0 hesabı ilə məğlub edən “Fənərbaxça” klubunda qalmaqal yaşanıb. Apasport.az saytının xəbərinə görə, matçın gedişində İstanbul təmsilçisinin 2 futbolçusu - Əmrə Bəlözoğlu və Kristian Baroni arasında ciddi mübahisə düşüb.Buna isə braziliyalı futbolçunun müdafiədə kobud səhvə yol verməsi səbəb olub. Məhz onun səhvi nəticəsində “Bursaspor”un “Fənərbaxça”nın qapısı ağzında böyük təhlükəli yaratması Əmrəni özündən çıxarıb.Dərhal Baroninə sərt etiraz bildirən Əmrə qarşı tərəfdən də eyni münasibəti görərkən, ara qarışıb. Bu mübahisə paltardəyişmə otağında da davam edib.Onlar arasında yaşanan gərginlik klubun baş məşqçisi Aykut Kocamanı da bərk əsəbiləşdirib. Bu səbəbdən Əmrə qeyri-müəyyən müddətədək heyətdən uzaqlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR