Ən bahalı futbol klublarının adları açıqlandı - SİYAHI

İDMAN
14:30 19.04.2012
2161

İngiltərənin "Mançester Yunayted" dünyanın ən bahalı futbol klubudur. Trend-in məlumatına görə, bu barədə "Forbes" jurnalı məlumat verib. "Qırmızı şeytanlar" ötən bir il ərzində 20 faiz bahalaşıb. Kluba 2,2 milyard dollar qiymət qoyulub. Reytinq tərtib olunarkən, komandaların gəliri, mənfəəti və borcları nəzərə alınıb. İkinci yerdə olan İspaniya "Real Madrid"inin qiyməti 29 faiz artıb və 1,8 milyarda çatıb. Üçüncü pillədə isə 1,3 milyard dollar dəyərə malik "Barselona" qərarlaşıb. İlk "10-luq"da sonrakı pillələri İngiltərə, İtaliya və Almaniya klubları tutur: 1. "Mançester Yunayted" (İngiltərə) - 2,2 milyard dollar 2. "Real" (Madrid, İpsniya) - 1,8 milyard dollar 3. "Barselona" (İspaniya) - 1,3 milyard dollar 4. "Arsenal" (İngiltərə) - 1,2 milyard dollar 5. "Bavariya" (Almaniya) - 1,2 6. "Milan" (İtaliya) - 989 milyon 7. "Çelsi" (İngiltərə) - 761 8. "Liverpul" (İngiltərə) - 619 9. "Yuventus" (İtaliya) - 591 10. "Şalke" (Almaniya) - 587

OXŞAR XƏBƏRLƏR