27 illik işğal dövründə Azərbaycan daim BMT qətnamələrinə, beynəlxalq hüquqa əsaslanaraq sülh yolu ilə ərazi bütövlüyünü bərpa etməyə çalışıb.
2020-ci ildəki tarixi qələbədən sonra da Azərbaycan revanşizmdən uzaq duraraq, bölgədə sabitlik və əməkdaşlıq çağırışları edib.
Müharibədən sonra Prezident İlham Əliyev bütün çıxışlarında regional əməkdaşlıq, iqtisadi inkişaf və nəqliyyat-kommunikasiya layihələri vasitəsilə Cənubi Qafqazda yeni reallıqların qurulmasına çağırıb.
Amma Ermənistan rəhbərliyi gah bu prinsipləri qəbul etdiyini bildirib, gah da qeyri-müəyyən bəyanatlar verib və danışıqlardan yayınmağa çalışır. Paşinyan iqtidarının ritorikası dəyişkən, addımları isə ziddiyyətlidir. Onlar bir tərəfdən sülhdən danışır, digər tərəfdən silahlanır və təxribatlara əl atır.
Bu qeyri-səmimi yanaşma sülh prosesini ləngidir və regionun sabitliyi üçün ciddi təhlükə yaradır.
Birmənalı şəkildə demək olar ki, bu gün dünyada ən sülhsevər ölkə Azərbaycan, ən böyük sülh tərəfdarı isə Prezident İlham Əliyevdir.
Azərbaycanın iki tələbi isə regionda daimi sülhün formalaşması üçün çox vacibdir. Bunlar Ermənistan Konstitusiyasında dəyişiklik (ərazi iddialarından və Minsk Qrupundan imtina gündəmdə ağırlığını qoruyur.
Azərbaycan istər 27 illik işğal dövründə, istərsə də tarixi Zəfərdən sonra ritorikasını dəyişməyən yeganə ölkədir.
Hacıbəy Heydərli