Ən çox bahalaşan əmlak növü bu olacaq - Açıqlama

Ən çox bahalaşan əmlak növü bu olacaq - Açıqlama
SOSİAL
21:52 13.08.2026
622
Torpaq bazarında qiymət artımı daşınmaz əmlak sektorunda diqqətçəkən tendensiyalardan birinə çevrilib. İyul ayında torpaq qiymətləri aylıq müqayisədə 4 faiz artıb, 2025-ci ilin dekabrı ilə müqayisədə isə artım 22,8 faiz təşkil edib. Torpağın median qiyməti 16 371,5 manat/sot olub.

Bu artım torpaq sahələrinə olan tələbin yüksək qalması, əlverişli və sənədləri qaydasında olan sahələrin məhdud olması, infrastrukturun inkişaf etdiyi ərazilərə marağın artması və tikinti fəaliyyətinin genişlənməsi fonunda baş verir. Torpağın məhdud resurs olması da uzunmüddətli perspektivdə qiymətlərin yüksəlməsi üçün əsas amillərdən biri hesab olunur.

Bəs torpaq sahələrinin bahalaşması qarşıdakı dövrdə də davam edə bilərmi? Bu tendensiya mənzil qiymətlərinə necə təsir göstərəcək və torpaq alaraq fərdi ev tikmək istəyən vətəndaşların xərclərini nə qədər artıra bilər?

AQC sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, torpaq sahələrinin dəyərinin digər daşınmaz əmlak növlərinə nisbətən daha dinamik şəkildə artmasının əsas səbəbi torpağın əsas daşınmaz əmlak növü olmasıdır.

Onun sözlərinə görə, digər əmlak növləri torpağın üzərində yerləşir:

"Tikinti məhz torpağın üzərində həyata keçirilir və bu da istər-istəməz torpağa olan tələbin daha da artmasına gətirib çıxarır. Hər hansı qiymət artımı birdən-birə baş vermir, təsadüf nəticəsində olmur. Torpağın qiymətindəki artım ilk növbədə əhalinin sayının günbəgün artması ilə əlaqədardır. Daha çox tələb olduğuna görə, istər tikinti baxımından, istərsə də əhalinin yeni təsərrüfatlara bölünməsi zərurəti baxımından torpağa tələbat artır. Yeni ailələr qurulur, təsərrüfatlar ayrılır və s. Ona görə də təbii ki, torpağa olan tələb yüksəlir. Bu da torpağın qiymətinin artmasına səbəb olur.

Torpaq sahələri eyni zamanda uzunmüddətli investisiya üçün çox cəlbedici görünür. Çünki sərbəst kapital torpaq sahəsinə yatırılırsa, bu, digər daşınmaz əmlak növləri ilə müqayisədə daha uzunmüddətli perspektiv üçün cəlbedicidir. Əgər diqqət etsəniz, görərsiniz ki, təkcə Bakının mərkəzində deyil, eyni zamanda ucqar yerlərdə də torpaq sahələrinin qiyməti əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıb.

Elə yerlər var ki, torpaq sahəsinin qiyməti təqribən 100 faiz, yəni 2 dəfə artıb. Elə yerlər də vardır ki, 150 faiz, yəni 2,5 dəfə qiymət artımı baş verib. Ona görə də bu proses davam edəcək.

Ümumiyyətlə, nəinki torpaq sahələrinin, bütün daşınmaz əmlakın qiymətinə təsir göstərən bir sıra amillər var. 

Birinci amil urbanizasiyadır. Yəni regionlardan şəhərlərə axın daşınmaz əmlakın qiymətinə təsir göstərir. İkinci amil inflyasiyadır. İnflyasiya da daşınmaz əmlakın qiymətinin formalaşmasına təsir edir. Üçüncü amil manatın alıcılıq qabiliyyətindəki dəyişiklikdir. Manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər də daşınmaz əmlak bazarına təsir göstərir.

Dördüncü amil isə investisiya cəlbediciliyidir. Hazırda daşınmaz əmlak Azərbaycanda əsas investisiya istiqamətlərindən biri kimi prioritet təşkil edir. Alternativlərin məhdud olması səbəbindən hazırda daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə daha çox yatırım edilir.

Bundan əlavə, əhali sayının və potensial istifadəçilərin sayının artması da qiymətlərə təsir göstərir. Tikinti normativlərinin mürəkkəbləşdirilməsi də daşınmaz əmlakın qiymətinə təsir edən amillərdəndir. Tikinti xərclərinin artması, o cümlədən torpaq sahəsi və tikinti materialları ilə bağlı xərclərin yüksəlməsi, işçi qüvvəsinin əməkhaqlarının artması — bütün bunlar qiymətə təsir göstərir.

4 faizə gəlincə isə, biz ilk aylarda proqnoz vermişdik ki, il ərzində torpağın qiyməti təqribən 20 faizdən çox artacaq. Son məlumatlar da onu təsdiq edir ki, torpaq ən çox bahalaşan daşınmaz əmlak növü olacaq.

İkinci sırada kotlovan, yəni təməl mərhələsində olan tikililər gəlir. Üçüncü sırada yeni tikililər, dördüncü sırada obyektlər, beşinci sırada fərdi yaşayış evləri, son sırada isə köhnə binalardakı mənzillər gəlir.
 
Bu proses mənzil bazarına və vətəndaşların ev tikintisi imkanlarına necə təsir göstərəcək? Təbii ki, qiymətlər bahalaşacaq. Çünki torpaq tikinti xərcləri içərisində xüsusi yer tutur və bu da qiymətlərin artmasına təsir göstərəcək.

Bizim proqnozlarımızda da bunu açıqlamışıq”, - deyə Vüqar Oruc fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA