Ən çox edam cəzası bu ölkədə icra edilir

DÜNYA
14:58 10.04.2013
1444
"Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı ən çox edam cəzalarının həyata keçirildiyi ölkələrin siyahısını açıqlayıb. Siyahıya Çin başçılıq edir. İnsan haqları müdafiəçilərinin ən son hesabatına görə, təkcə ötən il bütün dünyada 682 edam cəzası icra edilib. Siyahıda ilk beşliyi İran, İraq, Səudiyyə Ərəbistanı və ABŞ tutur. Birləşmiş Ştatlar bu siyahıda Yəməni bir qədər qabaqlayaraq beşliyə düşüb."Amnesty International" iddia edir ki, təkcə Çində bütün digər ölkələrdə ümumilikdə götürdükdə daha çox edam cəzası icra edilir. Lakin təşkilat dəqiq rəqəm göstərməkdə çətinlik çəkir. Təşkilatın Asiya üzrə nümayəndəliyinin rəhbəri Rozann Rayfın sözlərinə görə, Çində ölüm hökmlərinin dəqiq sayı gizli saxlanıldığı üçün konkret rəqəm demək çətindir.""Amnesty International", hər şeydən əvvəl Çin hökumətini edam cəzalarının sayını azaltmağa və bu cəzalara moratorium tətbiq etməyə çağırır. Atılacaq ilk addımlardan biri ölüm hökmlərinin gizli saxlanılmamasıdır. Rəqəmlər açıq-aşkar olsa, bu barədə açıq müzakirələr aparıla bilər. Hələ ki, Çin mediasından əldə etdiyimiz faktlar çox narahatedicidir".Təşkilatın Qlobal Məsələlər üzrə direktoru Odri Qoqran isə hesab edir ki, ötən il bəzi ölkələrdə yenidən ölüm hökmünün tətbiqi daha narahatedici faktdır. "Bütün dünyada ölüm hökmünün ləğvinə doğru addımların atıldığı bir vaxtda bəzi ölkələrdə bunun geri qayıtması narahatedici faktdır. 2012-ci ildə bu sahədə bəzi ölkələrdə geriləmələr oldu. Məsələn, Yaponiya, Pakistan, Qambiya və Hindistan kimi ölkələr uzun illər ölüm hökmü olmadan yaşadıqdan sonra yenidən edam cəzasını bərpa edib", deyə Odri Qoqran bildirib.

OXŞAR XƏBƏRLƏR