Ən dəbli bürclər hansıdır? - ASTROLOGİYA

MARAQLI
10:27 31.05.2023
249
Bəzi insanlar görünüşlərinə çox diqqət yetirirlər və şəxsi baxımlarına çox vaxt ayırırlar. Görünüşləri üçün çox səy göstərirlər. Hər zaman gözəl, baxımlı görünmək istəyirlər. Astrologiyada görünüşünə çox diqqət yetirən bürclər var.

AZXEBER.COM xarici mətbuata istinadən sözügedən bürcləri təqdim edir:

Buğa bürcü

Görünüşləriylə çox məşğul olurlar. Keyfiyyət və detallara diqqət edirlər. İnsanların gözündə halsız, bitkin və baxımsız görünməyi gözə almırlar. Ona görə də, geyimlər və aksesuarlara çox pul xərcləyirlər. Hər zaman çox yaxşı görünürlər.

Şir bürcü

Tərz məsələsində çox bacarıqlıdırlar və diqqət mərkəzində olmağı sevirlər. Eyni zamanda, həmişə necə göründüklərinin fərqində olurlar. Ona görə də, dəbə uyğun olmaq üçün böyük əmək sərf edirlər. Cəsur və diqqət çəkici seçimləri ilə istəklərini reallaşdırırlar.

Qız bürcü

Təbiətcə çox baxımlı olurlar və görünüşlərinə böyük diqqət yetirirlər. İncə ruhlarını nümayiş etdirmək üçün klassik və zamansız parçalara üstünlük verirlər. Tənqidə açıq deyillər. İnsanların təsdiqinə ehtiyac duyurlar. Ona görə də, hər zaman yaxşı görünməyə məcbur hiss edirlər.


Tərəzi bürcü

Estetik görünüşə çox önəm verirlər. Xarici görünüşlə bağlı əla fikirləri olur. İncə zövqə malikdirlər. Tərzləri də daxil olmaqla, həyatın bütün sahələrində zəriflik və gözəlliyi yüksək qiymətləndirirlər. Geyimdə də harmoniyaya üstünlük verirlər. Bir-biri ilə əlaqələndirilmiş yaxşı kombinlərlə çıxış etməyi çox sevirlər.

Oğlaq bürcü

Üslübları ilə bağlı çox diqqətlidirlər. Hədəflərinə çatmaq üçün professional və göstərişli geyimə üstünlük verirlər. Sofistik ve iş üslubunda geyinməyi üstün tuturlar. Əslində, çox güvənsizdirlər. Ona görə də, bunu geyim seçimləri ilə örtməyə çalışırlar.

Qoç, əkizlər, xərçəng, əqrəb, oxatan, dolça və balıqların isə necə göründükləri maraqlı deyil. Özlərinə çox güvənirlər. İnsanları cəlb etmək və ya güvənsizliklərini gizlətmək üçün xarici görünüşlərini şişirtmə ehtiyacı duymurlar.

OXŞAR XƏBƏRLƏR