Nüfuzlu "Forbes" jurnalı Avropa və ABŞ alimlərinin son illərdə apardıqları tədqiqatların nəticələrinə istinad edərək insan orqanizmi üçün ən faydalı ərzaqların siyahısını hazırlayıb.
Həmin qidalar arasında qoz, fındıq, giləmeyvələr və paxlalı bitkilər ilk yerləri tutur. Nar şirəsinin isə xərçəng hüceyrələrini məhv edərək qan təzyiqini aşağı salmaqla yanaşı, "təbii Viaqra" olduğu aşkarlanıb. Bundan başqa, alimlər bildirir ki, mal və qoyun ətinin orqanizm üçün zərərli olması barədə iddialar ağ yalandır. (milli.az)
İnsan orqanizmi üçün ən faydalı qida və ərzağın siyahısı belədir: 1. Qoz, fındıq 2. Paxlalı bitkilər 3. Giləmeyvələr 4. Təzə süd 5. Ət 6. Yumurta 7. Qırmızı balıq 8. Kələm 9. Nar şirəsi 10. Alma