Ən güclü pəhləvanlar Bakıya gəlir

Ən güclü pəhləvanlar Bakıya gəlir
16:19 02.04.2013
835
“Sərhədçi” İdman Olimpiya Mərkəzində aprelin 18-21-də sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək.Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə Azərbaycan yığma komandaları ilə yanaşı, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, Tacikistan, Gürcüstan, Özbəkistan və Belarus güləşçilərinin iştirakı gözlənilir.Turnirə hazırlıq məqsədilə, sərbəst və yunan-Roma güləşi üzrə həm yeniyetmələrdən, həm də gənclərdən ibarət yığma komandalarımız təlim-məşq toplanışlarına başlayıb.Yeniyetmə sərbəst güləş yığması böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında 5-18 aprel tarixlərində ümumi fiziki hazırlıq üzrə təlim-məşq toplanışında olacaq.Yeniyetmə yunan-Roma güləşçilərimiz isə təlim-məşq toplanışını 1-18 aprel tarixlərində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Vüqar Aslanov və Rasim Ağayevin rəhbərliyi altında keçəcəklər.Böyük məşqçi Arif Abdullayev və məşqçi Nazim Əlicanovun rəhbərlik etdiyi sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın heyəti 3-21 aprel tarixlərində təlim-məşq toplanışında olacaq.Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komanda böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev və Fuad Alıyevin rəhbərliyi altında 3-18 aprel tarixlərində təlim-məşq toplanışına qatılacaq.
//anspress
OXŞAR XƏBƏRLƏR