Ən güclü türk qadını - FOTO

MARAQLI
14:05 28.04.2014
3093
"Məni ən güclü, əzələli türk qadın hesab edirlər. Yəqin ki, belədir. Onu dəqiq bilirəm ki, idmançı kişilər məni görəndə haldan-hala düşürlər. Onlar məndən tarakan kimi qorxurlar. Sanki böcək əleyhinə dərmanam".
Türkiyədə "Muscular Barbie" ("Əzələli Barbi") kimi tanınan Işıl Aktan belə deyir.
Son 3 ildə Türkiyədə qadınlar arasında bodibildinq və fitnes üzrə ölkə çempionu titullarını qazanmış Işıl Aktan peşəkar idmançı yox, iş adamıdır. Buna rəğmən, idmanla sürəkli məşğul olur.
Vücudu dəmir kimi əzələlərdən ibarət xanım eyni zamanda gözəlliyinin də qeydinə qaldığını deyib.
"Sinəmin ölçülərini böyütmək üçün plastik cərrahiyyə əməliyyatına məruz qalmaq fikrim vardı. Niyyətimi gerçəkləşdirdim. Çünki bodibildinqlə məşğul olan qadınlarda məşqlərdən sonra hormonal səbəblərdən sinənin ölçüləri kiçilir", - I.Aktan deyib.
"Əzələli Barbi"nin sözlərinə görə, 10 yaşlı oğlunun onunla birlikdə məşqlərə başlayacağı günü səbirsizliklə gözləyir.(milli.az)
OXŞAR XƏBƏRLƏR