Ən məşhur şou-biznes ulduzları bir arada - VİDEO

DÜNYA
08:02 04.02.2013
1556
Rusiyanın paxtaxtı Moskvada açılan buz heykəllər qalereyasında dünyanın ən məşhur şou-biznes ulduzlarının buzdan hazırlanmış heykəlləri sərgilənir. Moskvanın “Sokolniki” parkında açılan “Buz planet” adlı sərgidə Merilin Monro, Freddi Merkuri, Ozzi Osborn, Britni Spirs, Maykl Cekson, Elvis Presli, Elton Con, Ledi Qaqa, Uitni Hyuston, Con Lennon kimi ulduzların buz heykəlləri moskvalılar tərəfindən böyük maraqla qarşılanıb. Dünyanın ən məşhur heykəltəraşları tərəfindən hazırlanan buz əsərlər, 3D texnologiyasi ilə işiğlandırılır. Sevdikləri ulduzlarla şəkil çəkdirmək üçün sərgiyə axın edən moskvalılar bir-birindən maraqlı buz əsərlərə heyran olduqlarını deyiblər.

OXŞAR XƏBƏRLƏR