Qadınların xətti niyə kişilərin xəttindən daha gözəldir? Səbəb uşaqlıq dövründə gizlənir. Qadınlar kişilərə nisbətən daha tez inkişaf edirlər. Məhz bu səbəbdən yeniyetməlik dövründə qadınlar informasiynı daha tez qavrayırlar. Bu, yazının formalaşmasna da aiddir. Bundan əlavə qaydalara riayət etmək, əzmkarlıq qabiliyyəti yazının formalaşmasında çox vacibdir. Bu xüsusiyyətlər isə qadınlara daha çox məxsüsdür.Xəttin səliqəli və gözəl olması xarakterdən də asılıdır. Kişilər qadınlardan daha hövsələsizdir. Bu da onların xəttində təzahür edir. Qadınlar daha səliqəlidir. Yazının səliqəli olmaması kişiləri az narahat edir.Napaleon Bonapart həyatı boyu 7 dəfə xəttini dəyişib. Buna baxmayaraq onun xətti dəyişdikcə daha da oxunmaz olurdu. Lermontov da tez tez xəttini dəyişirdi qrafoloqlar onun xəttini nevrotik şəxsin xətti kimi qiymətləndiriblər.