Ən qısqanc 4 bürc: Onların sərhədi yoxdur

Ən qısqanc 4 bürc: Onların sərhədi yoxdur
MARAQLI
16:51 15.11.2025
1429
Bürclər xarakterimizdən tutmuş münasibətlərdəki davranışlarımıza qədər bir çox məqam barədə ipucu verir. Bu xüsusiyyətlərdən biri də münasibətlərə zərər verə biləcək qısqanclıqdır və astrologiyaya görə, bu duyğu bürclərə görə dəyişə bilər.

Astroloji təhlillərə əsasən ən qısqanc 4 bürcü təqdim edirik:

Buğa (20 aprel – 20 may)

Buğalar üçün münasibətdə sədaqət əsas şərtdir. Sevdiklərinə olan güclü bağlılıq bəzən onların həddindən artıq qoruyucu davranmasına səbəb olur.

Xərçəng (21 iyun – 22 iyul)

Xərçəng bürcü emosional və həssas olması ilə seçilir. Sevdiklərinə dərin bağlanan Xərçənglər münasibətdə özlərini təhlükəsiz hiss etmək istəyirlər. Bu bağlılıq bəzən qısqanclıq kimi özünü göstərə bilər. Xərçənglər partnyorlarının başqaları ilə həddindən artıq yaxın münasibət qurmasından narahat ola bilirlər.

Şir (23 iyul – 22 avqust)

Şir bürcü diqqət mərkəzində olmağı sevir. Ətrafından və xüsusilə partnyorundan yetərincə maraq görmədikdə qısqanclıq hissi önə çıxır. Özlərini xüsusi hiss etmək ehtiyacında olan Şirlər kimisə "itirdiklərini” düşündükdə emosional reaksiyalar verə bilərlər.

Qız (23 avqust – 22 sentyabr)

Qız bürcü analiz etməyi sevən bir xarakterə malikdir. Lakin münasibətlərdə detallara həddindən artıq fokuslanmaları onları şübhə və qısqanclığa sürükləyə bilər. Partnyorlarının hər davranışını analiz edən Qızlar bəzən əsassız şübhələrə qapılaraq qısqanc davranışlar sərgiləyə bilirlər.
 
///Musavat.com
OXŞAR XƏBƏRLƏR