Alimlər araşdırmalar nəticəsində ən şanslı qan qrupunu ortaya çıxarıblar.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu kəşf səhiyyə sahəsində mühüm dönüş nöqtəsi ola bilər.
Qan qruplarının insan sağlamlığına təsiri uzun illər araşdırma mövzusu olub. Bu əhatəli araşdırma nəticəsində əldə edilən məlumatlar müəyyən qan qrupu olan şəxslərin digərlərindən daha üstün olduğunu ortaya qoyub.
Qan qruplarının insanların həyatında mühüm rol oynadığı məlum idi, lakin onların şans faktoru ilə əlaqəsi yeni kəşf olunub.
55 min insan üzərində aparılan araşdırma, O(1-ci qrup) qan qrupu olanların xərçəng və bir sıra mühüm xəstəliklərə tutulma riskinin daha az olduğunu göstərib.
Məlum olub ki, A (2-ci qrup) , B(3-cü qrup) AB (4-cü qrup) qan qrupu olan insanlar O (1-ci) qan qrupu olanlara nisbətən daha çox sağlamlıq riski daşıyırlar.
Nəticə olaraq deyə bilərik ki, O(1-ci qrup) qan qrupu olan insanlar digər qan qrupu olan insanlara nisbətən daha az xəstəliyə tutulduqları üçün daha şanslı hesab olunurlar.
Oksana