Ən şorgöz bürclər - SİYAHI

MARAQLI
10:48 06.04.2023
973
Bəzi insanlar digərlərinə nisbətən daha çox digərləri ilə münasibətdə olmağı sevirlər.
 
Tərəddüd etmədən bu əməlini həyata keçirən şəxslərlə sevgi münasibətində olmaq həqiqətən çətindir. 

Astrologiyada "şorgöz” olması ilə məşhur olan bürclər var.
 
AZXEBER.COM həmin bürcləri təqdim edir: 

Qız

Qız bürcləri hər zaman sadiq olurlar. Çünki yüksək özgüvəni olan bu bürc həyat yoldaşının onları aldatdığını biləndə dərhal ayrılırlar və onları bir daha görmək istəmirlər. Yalnız özləri sevdiyinə xəyanət edən zaman buna əhəmiyyət vermirlər. Onlar fərqli insanlarla tanış olmaq və həmişə yeni əlaqələr qurmaq istəyirlər.

Əqrəb

Əqrəb bürcü ehtiraslı və sevgi dolu münasibət qurmağa daha çox əhəmiyyət verirlər. Nə qədər sevildiklərini düşünsələr də, əqrəbin hisslərini anlamaq asan deyil. Onlar həmişə sirli olurlar və nə etdiklərini heç vaxt bilmirlər.

Əqrəblər kimisə həqiqətən sevmədikləri zaman xəyanət edə bilərlər. Ürəyi onun üçün döyünən birini tapana qədər həyatındakı insanı aldada bilər.
 
Dolça

Dolça bürclərinin ümumiyyətlə sadiq olduğu düşünülsə də, bu, bir az fərqlidir. Dolça bürcü öz azadlığını sevir. Uzunmüddətli münasibətlərin onu məhdudlaşdırdığını düşünür. Dolça bürcləri əlaqələrdən sıxılırlarsa, aldada bilərlər. Sərbəst ruhu onun ciddi əlaqələr qurmasına mane ola bilər.

Şir

Şirlər evləndikdən sonra çox sadiq olurlar. Bununla belə, onlar subay ikən sevgi macəraları keçirməyi sevirlər. Şir bürcü diqqəti sevir. Getdiyi yerdə bütün diqqəti özünə cəlb etməyi xoşlayır. Şirlər partnyorları tərəfindən maraqsızlıq hiss etdikdə dərhal başqa sevgiləri tapmaq üçün hərəkətə keçə bilərlər.

Balıq

Duyğusal və həssas balıqların münasibətlərdə çox diqqətli olması gözlənilir. Bununla belə, balıqlar hər an sevdiklərini emosional olaraq aldada bilərlər. Balıqlar öz fantaziya dünyasında yaşayırlar. Onların planlarını, düşüncələrini bilmək mümkün deyil. Onlar romantikanı çox sevirlər və münasibətlərində emosional çatışmazlıq hiss etdikdə aldada bilərlər.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR