''Ən vacib Azərbaycanla qarşılaşmanı yaxşı səviyyədə keçirməkdir''

İDMAN
12:52 15.10.2012
1219
“İndi ən vacib olan Azərbaycanla qarşılaşmanı yaxşı səviyyədə keçirməkdir. Bununla, seçmə mərhələnin payız hissəsini 1-ci pillədə başa vurarıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı məşqçi Georgi Yartsev deyib.
64 yaşlı futbol veteranı DÇ-2014-ün seçmə mərhələsinin Rusiya – Azərbaycan oyunu ərəfəsində şimallıların xal itirməməsinin zəruri olduğunu açıqlayıb: “Yığmamızın səhv etmək hüququ yoxdur. Hətta 1 səhvə də. Bütün komandalarla oyunlarda xallar qazanmalıyıq. Gələn il 3 çətin səfərimiz var – Azərbaycan, Şimali İrlandiya və Portuqaliyaya. Buna görə də üstünlük istənilən anda itirilə bilər. Arxayınlaşmaq olmaz. Təqiblərin də hamısına ciddi yanaşmalıyıq”.

OXŞAR XƏBƏRLƏR