“Enactus” proqramına “Nar Mobile” dəstəyi

“Enactus” proqramına “Nar Mobile” dəstəyi
İQTİSADİYYAT
17:17 07.03.2014
1315
Mobil operator tələbə gənclər üçün təcrübə platforması yaradacaq

Təhsil, elm və innovasiyalara böyük önəm verən “Nar Mobile” mobil operatoru “Enactus” (Enterpreunial. Action. Us.) proqramı ilə yeni əməkdaşlıq haqqında müqavilə imzalayıb. 

AZXEBER.COM-un məlumatına görə, 2014-cü ildə daha böyük hədəflərə çatmaq, yeni əməkdaşlığa başlamaq və cəmiyyətə daha çox effektiv təsir etməyi planlaşdıran “Enactus” üçün Azərbaycanın ən böyük telekommunikasiya şirkətlərindən olan “Nar Mobile” ilə tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, 39 ölkədən olan 57 000 tələbə və 1600-dən artıq komandanın qatıldığı “Enactus” proqramı 2006-cı ildən etibarən Azərbaycanda da fəaliyyət göstərir. Bu il 14 universitet komandası və təqribən 550-dən artıq tələbənin iştirakı ilə təşkil olunacaq X Enactus Milli Yarışı böyük maraq doğurur. “Enactus” proqramı çərçivəsində tələbələrin yaratdıqları komandalar öz fikir və ideyalarını işgüzar mühitlə bölüşürlər və bu layihələr insanların həyat standartlarının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Bu layihələrdə tələbələr bazar iqtisadiyyatı, liderlik xüsusiyyətləri, maliyyə uğuru ilə biznes etikası kimi özlərinə, cəmiyyətə və ölkələrinə fayda verən nəzəriyyələri öyrənir və öz təcrübələrini bölüşürlər.

Bu təşəbbüsə həvəslə qatılan “Nar Mobile” mobil operatoru tələbələrə, ölkə gənclərinə yeni ideyalarla çıxış etmələri, iş təcrübəsi toplamaları və özlərini doğrultmaları üçün mükəmməl bir platforma yaradır. Beləliklə, tələbələr özlərini biznes mühitində hiss edərək mobil operatorun gündəlik iş fəaliyyətinə öz töhfələrini verəcəklər və onların arasından seçilən ən istedadlı gənclər gələcəkdə “Nar Mobile” mobil operatorunda işlə təmin olunmaq fürsəti əldə edəcəklər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir