Endrikin "Real" klubu ilə müqavilə bağlayacağı tarix açıqlanıb

İDMAN
19:20 24.06.2024
183
Braziliyalı hücumçu Endrikin İspaniyanın "Real" klubu ilə peşəkar müqavilə bağlayacağı tarix açıqlanıb.

Futbolçu 18 yaşının tamam olduğu gün - iyulun 21-də rəsmi müqaviləyə imza atacaq.

Hücumçu iyulun 26-da rəsmən azarkeşlərə təqdim olunacaq. Bu tədbirlər Madriddə baş tutacaq. Təqdimat mərasiminin "Santyaqo Bernabeu" stadionunda keçirilməsi planlaşdırılır. Endrik daha sonra ABŞ-də Madrid klubunun çempionat öncəsi təlim-məşq toplanışına qatılacaq.

Braziliyalının növbəti mövsümdə 16 nömrəli formanı geyinəcəyi gözlənilir.

Qeyd edək ki, "Real" klubu Endriki Braziliya təmsilçisi "Palmeyras"dan bonuslar da daxil olmaqla 60 milyon avroya transfer edib.
 
///Report

OXŞAR XƏBƏRLƏR