"Ənənəvi media ciddi xəbər deməkdir, sosial şəbəkələr əsla onun yerini tuta bilməz" - Aqil Ələsgər

ÖZƏL
11:54 20.12.2024
594
"Media savadlılığı sadəcə jurnalistlər üçün deyil, ümumiyyətlə media savadlılığının artırılması, xəbərlərə münasibətin formalaşması hər bir cəmiyyət üçün vacibdir. Xüsusilə süni intellektin meydan suladığı bu cəmiyyətdə hesab edirəm ki, "feyk nyus"ların, "deepfake"lərin çox üst səviyyəyə qalxdığı bir dövrdür. Əlbəttə ki, media savadlılığında xəbərin keyfiyyətinin təhlilini, ona tənqidi yanaşma, iş qaynağının vacibliyi çox önəmlidir. Bu baxımdan media savadlılığı həftəsində bu məsələlərə bir daha təkrar media qurumlarının, jurnalistlərinin, ümumiyyətlə vətəndaş cəmiyyətinin də diqqət yetirməsi Azərbaycanda media keyfiyyətinin artırılmasında mühüm rol oynayacaq".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər media savadlılığından danışarkən deyib.
 
A.Ələsgər hesab edir ki, yeni media haqqında qanun, jurnalistlər üçün təşkil olunan təlimlər medianın inkişafına təkan verəcəkdir:
 
"Hesab edirəm ki, artıq üç ilə yaxındır ki, Azərbaycanda mətbuatda yeni media siyasətinin ortaya qoyulması, yeni media haqqında qanunun qəbul olunması, Medianın İnkişafı Agentliyi ilə Ada Universitetinin birlikdə jurnalistlər mətbuat xidmətləri rəhbərləri, könüllülər üçün ardıcıl keçirdikləri seminarlar, konfranslar Azərbaycanda medianın inkişafına təkan verəcəkdir. Bu da bir çox hallarda özünü göstərir. Məsələn, əvvəllər Azərbaycan mediasına edilən tənqidlər demək olar ki, bu son dönəmlərdə o tənqidlərdən ciddi şəkildə nəticə çıxarılıb və görünür ki, bu məsələdə Azərbaycan mediası daha diqqətcildir. Xüsusən bu söhbət ənənəvi mediadan gəlir".
 
Media eksperti bildirib ki, sosial şəbəkələr heç vaxt ənənəvi medianın yerini tuta bilməz:
 
"Sosial şəbəkələr hər zaman aktiv olub. Sosial şəbəkələr heç vaxt ənənəvi medianın yerini tuta bilməz. Çünki sosial şəbəkə bir platformadır, yəni hər kəsin öz məhsulunu satmaq istədiyi platformadır. Ənənəvi media isə ciddi mediadır, ciddi xəbər deməkdir. O baxımdan, heç bir şəkildə bunların qarşılaşdırılması belə qüsurludur. Nə qədər sosial media yüksək olsa da, hesab etmirəm ki, ənənəvi medianın yerini tutacaqdır. Yenə bir müddətdən sonra insanlar hansısa bir blogeri, "influencer"i izləsələr də məsələ ciddiləşəndə, ciddi xəbər axtaranda, insanların istinad yeri ənənəvi media olacaqdır, nəinki hansısa bir sosial şəbəkə fenomeni".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib