Energetika əməkdaşlığında yeni mərhələ

Energetika əməkdaşlığında yeni mərhələ
SİYASƏT
10:51 17.02.2026
210
Azərbaycanın xarici siyasətində və iqtisadi strategiyasında energetika sahəsi hər zaman xüsusi yer tutub. Son illər bu sahədə atılan addımlar isə ölkəmizin regional və qlobal enerji xəritəsində mövqelərini daha da möhkəmləndirir. Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri və səfər çərçivəsində səsləndirilən bəyanatlar da bunu bir daha təsdiqlədi.

Dövlət başçısının açıqlamalarından aydın olur ki, Azərbaycan–Serbiya münasibətləri artıq təkcə siyasi dialoq səviyyəsində deyil, real iqtisadi və strateji əməkdaşlıq müstəvisində inkişaf edir. Xüsusilə energetika sahəsində qurulan əlaqələr bu münasibətlərin əsas sütunlarından birinə çevrilməkdədir. Azərbaycan artıq bir müddətdir Serbiyaya təbii qaz ixrac edir və qarşıdakı mərhələdə bu ixracın həcminin artırılması planlaşdırılır.

Ən diqqətçəkən məqamlardan biri isə ixrac edilən qazın Serbiya tərəfindən elektrik enerjisinə çevrilməsi və bununla da "təmiz enerji” istehsalının təşviq olunmasıdır. Bu yanaşma həm Serbiyanın daxili enerji təhlükəsizliyinə töhfə verir, həm də gələcəkdə üçüncü ölkələrə ixrac imkanlarını genişləndirir. Başqa sözlə, Azərbaycan enerjisi təkcə xammal kimi deyil, əlavə dəyər yaradan məhsul formasında Avropa bazarına çıxmaq potensialı qazanır.

Hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialının 2 giqavat olması və bu göstəricinin yaxın illərdə artacağı xüsusi vurğulanmalıdır. Ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə həyata keçirilən layihələr bu artımın əsas təminatçısıdır. Günəş və külək enerjisi stansiyalarının tikintisi Azərbaycanın enerji balansını daha "yaşıl” və dayanıqlı edir. Bu kontekstdə Serbiya ilə bərpaolunan enerji sahəsində əməkdaşlığa hazır olunması strateji baxımdan olduqca əhəmiyyətlidir.

Prezidentin 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün əldə olunacağı ilə bağlı açıqlaması isə Azərbaycanın uzunmüddətli enerji baxışını aydın şəkildə ortaya qoyur. Bu gücün böyük hissəsinin ixraca yönəldilməsi planı göstərir ki, ölkəmiz Avropa məkanında etibarlı enerji tərəfdaşı rolunu daha da gücləndirməyi hədəfləyir. Təbii ki, bunun üçün yeni və genişhəcmli transmissiya xətlərinin yaradılması vacib şərtdir.

Nəticə etibarilə demək olar ki, Azərbaycan energetika sahəsində artıq klassik ixracçı modelindən çıxaraq çoxşaxəli, innovativ və strateji əməkdaşlıq mərhələsinə qədəm qoyub. Serbiya ilə inkişaf edən münasibətlər isə bu yolun uğurlu və perspektivli olduğunu göstərən bariz nümunələrdən biridir.
 
Şahin Yusubov,
Göygöl Elektrik Şəbəkəsinin rəisi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan edib
11:47 28.02.2026
Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan edib
KİV: İran Prezidenti hücumlar nəticəsində xəsarət almayıb
11:45 28.02.2026
KİV: İran Prezidenti hücumlar nəticəsində xəsarət almayıb
ABŞ Prezidenti: İranın raket sənayesini və donanmasını məhv edəcəyik
11:43 28.02.2026
ABŞ Prezidenti: İranın raket sənayesini və donanmasını məhv edəcəyik