İstehlakçılar yeni məhsulla tanış olmağa çalışarkən bəzən həqiqətə uyğun olmayan informasiyalarla qarşılaşa bilirlər. Buna misal olaraq enerji içkilərini nümunə çəkə bilərik. Enerji içkiləri son bir neçə ilə qədər Azərbaycan istehlakçısı üçün yad məhsul olduğuna görə bazara daxil olduğu vaxtdan haqqında söz-söhbət də bitmir.
Bəs görəsən, gündəlik olaraq iş fəaliyyətini optimallaşdırmaq və gümrah olmaq üçün istifadə olunan enerji içkiləri haqda ən çox yayılan miflər hansılardır? Enerji içkiləri barədə yayılan əfsanələrdən bir neçəsini təqdim edirik:
Əfsanə: Enerji içkilərini sipirtli içki ilə birgə qəbul etdikdə orqanizmdə ciddi fəsadlar formalaşır
Həqiqət: Əslində spirtli içkilər insan sağlamlığı üçün zərərli olduğu üçün onu istənilən içki ilə birlikdə istehlak etdikdə yenə də zərərli olur. Məsələn, spirtli içkini portağal şirəsi ilə də qəbul etsəniz çox güman ki, sizdə baş gicəllənməsi və ürəkbulanması olacaq.
Əfsanə: Enerji içkiləri ürək-damar sisteminə mənfi təsir göstərir
Həqiqət: Enerji içkilərinin tərkibindəki inqridyentlərdən yalnız kofein qədərindən artıq qəbul edildikdə ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Lakin, Avropa Qida Təhlükəsizliyi Təşkilatının apardığı araşdırmanın nəticəsində məlum olub ki, sağlam orqanizmi olan şəxslər gündəlik 400 mq. kofein qəbul edə bilər. Enerji içkilərinin tərkibindəki kofeinin miqdarını nəzərə alınaraq qədərində istehlak olunsa, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olmaz. Bu xəstəlikdən əziyyət çəkənlər isə yalnız həkim məsləhəti ilə özləri üçün gündəlik kofein miqdarını müəyyən etməlidirlər.
Əfsanə: Enerji içkilərində tez-tez rastlaşdığımız aliminium qablaşdırma ətraf mühit üçün zərərlidir
Həqiqət: Əslində, bunun əksi tamamilə doğrudur. Aliminium əsl təbiət dostu olan qablaşdırmadır. O bir neçə dəfə yenidən emal oluna bilir və bu zaman keyfiyyətini itirmir. Məsələn, plastik qablaşdırmalar təbiətdə 450 ilə, şüşə qablar isə 5 min ilə yox olur. Aliminium qablaşdırmalar isə hətta yenidən emal olunmadan tezliklə korroziyaya uğrayır və təbiətə qarışır. Lakin, bunu yenidən emal etmək də müsbət haldır.
Əfsanə: Enerji içkilərindən mütəmadi istifadəsi yuxu rejimini pozur, yuxusuzluq yaradır
Həqiqət: Enerji içkilərinin yuxuya təsiri kofenin yuxuya təsiri qədərdir. Hər ikisinin tərkibində müəyyən qədər kofein var və kofein insanı ayıq-sayıq saxlamağa yardımçı olur. Biz adətən kofeni yatmaq istəmədiyimiz vaxtlarda, gümrah olmaq istədikdə içirik. Ona görə də hər kəs enerji içkilərini içmək vaxtını özü öz istəyinə uyğun olaraq tənzimləməlidir. Bu halda istehlakçılar yuxusuzluqdan əziyyət çəkməzlər.
Əfsanə: Enerji içkilərinin tərkibində kofein qəbul etmək sağlamlıq üçün yaxşı deyil
Həqiqət: Avropa Qida Təhlükəsizliyi Təşkilatının 66.000 insan arasında apardığı araşdırmanın nəticəsində məlum olub ki, sağlam orqanizmi olan yetkin şəxslər üçün gündəlik 400 mq. kofein qəbulu normaldır. İstehlakçılar qablaşdırmaların üzərində məhsulun tərkibi ilə tanış olaraq gündəlik istehlak normalarını qoruya bilərlər. Məsələn, bir qutu "HELL ENERGY”nin qablaşdırması üzərində qeyd olunub ki, enerji içkisinin tərkibində bir fincan qarışıq sərtlikdə espresso qəhvədə olduğu qədər – 80 mq. kofein var.