Enerqodarda komendant saatı elan olundu

Enerqodarda komendant saatı elan olundu
DÜNYA
19:55 04.10.2022
281
Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində müvəqqəti komendant saatı tətbiq ediləcək.

Saat 20:00-dan 6:00-a qədər olacaq komendant saatı oktyabrın 4-dən qüvvəyə minir.

Bu barədə şəhər hakimiyyəti məlumat verib.

"Göstərilən vaxtda şəhər daxilində hərəkət qadağandır”, - deyə məlumatda qeyd edilib.

Atom elektrik stansiyası və istilik elektrik stansiyasının növbədə olan işçiləri şəhərdə hərəkət zamanı üzərlərində şəxsiyyət vəsiqəsi və xüsusi buraxılış vərəqəsi saxlamalıdırlar.
OXŞAR XƏBƏRLƏR