Qənirə Paşayeva Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərdi

Qənirə Paşayeva Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərdi
SOSİAL
22:37 29.03.2020
1159
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib.

AZXEBER.COM xəbər verir ki, millət vəkilinin köməkçisi 19 martdan 27 marta qədər rayonun kəndlərində sözügedən ailələri bir-bir gəzərək, 100-dən artıq ailənin Novruz bayramını millət vəkilinin adından təbrik edib və onlara bayram sovqatı verib.

Eyni zamanda, koronavirusla bağlı maarifləndirmə işləri aparılıb. Koronavirus xəstəliyi, bunun qarşısını almaq üçün dövlətimizin gördüyü tədbirlər, tətbiq edilən qadağaların mahiyyəti, şəxsi gigiyenaya diqqətin artırılmasının vacibliyi hər bir ailədə edilən söhbətlərin əsas mövzusu olub.

Həmçinin sözügedən ailələrə koronavirusdan qorunmaq üçün bəzi tibbi ləvazimatlar da hədiyyə edilib və bu davamlı olacaq. Növbəti həftə 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara Q.Paşayeva tərəfindən koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək.

Qeyd edək ki, millət vəkilinin Novruz bayramı ilə bağlı bu kampaniyasına "Veysəloğlu” şirkəti də dəstək verib və şirkət öz hədiyyələri ilə bir sıra şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bayramını təbrik edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib