Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"

Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"
MAQAZİN
14:54 12.05.2025
261
Latın Amerikalı sənətçi Enrike İqlesias Misirdəki konsertindən əvvəl Türkiyə ilə bağlı xatirəsini bölüşüb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 2016-cı ildə Türkiyədə yaşadığı bir hadisəni paylaşıb.
 
O, yenidən Türkiyədə konsert vermək istədiyini deyib:
 
"Çırağan sarayında otağımda yatarkən səhər azanını eşitdim. Dərhal ayağa qalxdım həmin vaxt əlimə qələm-kağız aldım, eşitdiklərimi yazıb beynimdə nə isə qurmağa çalışdım. İnanılmaz hiss idi. Azandan çox təsirləndim və bu səs üçün çox darıxıram. Türklərin enerjisi, latınlar kimi, konsert sahəsinə fərqli bir hərarət qatır. Eləcə də türk musiqisinin canlı ritmi latın musiqisinin çevikliyi ilə üst-üstə düşür. Musiqinin haqqını verirsən. Bütün bu səbəblərə görə Türkiyədə konsert vermək üçün çox darıxıram. Ümid edirəm ki, tezliklə görüşəcəyik".
 
Aysel
OXŞAR XƏBƏRLƏR