"Epşteyn işi" - Bill Geyts rus qızlarından cinsi xəstəliyə yoluxub? - Keçmiş həyat yoldaşı danışdı

"Epşteyn işi" - Bill Geyts rus qızlarından cinsi xəstəliyə yoluxub? - Keçmiş həyat yoldaşı danışdı
DÜNYA
17:37 04.02.2026
727
Bütün dünyanın gündəmi olan "Epsteyn işi"ndə "Microsoft"un qurucusu və keçmiş baş direktor Bill Geytsin də adı hallanır.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sənədlərdə qeyd olunub ki, Bill Geyts rus qızlarından cinsi xəstəliyə yoluxub və kömək üçün Eşpteynə müraciət edib. O bu hadisəni həyat yoldaşından gizlətməyə çalışıb. 

Bill Geytsin keçmiş həyat yoldaşı Melinda Frenç Geyts iddialarla bağlı ilk dəfə açıqlama verib.
 
O qeyd edib ki, yeni üzə çıxan sənədlər onun evliliyində "çox ağrılı" dövrləri geri qaytarıb və iddialarla bağlı suallar ona deyil, keçmiş ərinə ünvanlanmalıdır.
 
Melinda Frenç bildirib ki, Bill Qeyts Epşteynin sənədləri ilə bağlı şərh verməlidir. 
 
Bill Qeytsin sözçüsü isə bildirib ki, Epşteynin elektron poçtlarındakı iddialar "absurd və tamamilə əsassızdır".
 
Epşteynin elektron poçtlarında iddia olunur ki, Bill Qeyts cinsi yolla keçən xəstəliyi müalicə etmək üçün Epşteyndən dərman istəyib və bunu həyat yoldaşı Melindadan gizlətməyə çalışıb. O rus qızlarla münasibətdən sonra xəstəliyə yoluxduğunu deyib. 
 
Qeyd edək ki, Bill və Melinda Qeyts 27 illik evlilikdən sonra 2021-ci ildə boşanıblar. Boşanmadan sonra Bill Qeyts Microsoft-da işləyən bir qadınla münasibətdə olduğunu etiraf etmidi. ABŞ mediası əvvəllər Melinda Frenç Qeytsin ayrılmadan əvvəl ərinin Epşteynlə təmaslarından narahat olduğunu bildirmişdi.
OXŞAR XƏBƏRLƏR