Eqoistsiniz? - ARAŞDIRMA

MARAQLI
14:20 17.05.2013
2155

"Mənim həyatım, mənim seçimlərim, mənim səhflərim, mənim problemlərim, mənim yalnızlığım. Yəni qısacası, sizi maraqlandırmır". Çarlz Bukovski

Əziz oxucularımız! Sizə təqdim etdiyimiz bu yazı eqoizm haqqındadır. Özünüzdə və yaxınlarınızda eqoizmin hansı dərəcədə olmağını bilmək istəyirsinizə, onun zərərləri haqqında öyrənmək ürəyinizdən keçirsə, onda materialımızı diqqətlə oxuyun...

Eqoizm latınca "eqo" sözündən olub, "mən" deməkdir. İnsanın cəmiyyətə və digər insanlara münasibəti baxışından səciyyələndirən həyat prinsipi və əxlaqi keyfiyyətdir. Eqoist insan öz davranışında yalnız özünün mənafeyini əsas tutur. Cəmiyyətin və ətrafdakıların marağı ilə hesablaşmır. Psixoloqlar eqoizmi iki yerə ayırırlar. Rasional və irrasional. Rasionalizm ağıla, irrasiolizm isə təcrübəyə önəm verir. Yəni rasional eqoizm şüurlu, irrasional eqoizm isə instinktivdir.

Eqoizm fərdiyyətçiliyin təzahür formalarından biridir. Əxlaqi keyfiyyət kimi eqoizm bəşəriyyətin şüuru tarixində adətən mənfi qiymətləndirilmiş, lakin mübarizə dövründə hər bir fərdin xoşbəxtliyə səy göstərmə hüququnun əsaslandırılmasında müəyyən rol oynamışdır.

Sual oluna bilər ki, rasional və irrasional eqoistləri biri birindən necə ayırmaq olar. Bu barədə psixoloqlar bildirmişlər ki, şüurlu eqoistlər güzgüdə ancaq özünü görmək istəyir, mühakimə etməyə hazırdır, xoşbəxt və dincdir, meyarı reallıqdır, kreaktivdir, özü ilə fəxr edir, insanları və həyatı sevir. Şüursuz eqoistlərin xarakterindəki keyfiyyətlər isə bunlardır. Həmişə başqalarını günahlandırır, aynada özünü "haqlı" görmək istəyir, özünə etibarsız və hörmətsizdir, insanlara düşməndir və başqalarını özünü fəda etməyə səsləyir. Bu cür insanlar özlərinə elə vurğundular ki, sanki dünya şəxsən onlar üçün yaradılıb. Еqoistlər – hеç vaxt öz istеdadını, qabiliyyətini qorumaq imkanında dеyillər, heç vaxt sona qədər xeyirxah da ola bilmirlər: onları ya imkanlarından üstün iddiaları, ya da qеyri-səmimilikləri gеc-tеz məhv еdir.

Düzdür, eqo hər bir insanda mövcud olan keyfiyyətdir. Lakin bu, insanlardan asılı olaraq özünü az və ya çox dərəcədə göstərir. Həddindən artıq eqoist olan insanlar yaxınlarını özündən uzaqlaşdırır və sonda öz həyatlarının məhvinə səbəb olurlar. Sonda düşüncələrimizi XIX əsrin görkəmli alman filosofu Artur Şopenhauerin sözləri ilə bitirmək istəyirik: "Özünüzə düşmən qazanmaq istəmirsinizsə, öyünməyin!".

Ayşə İsazadə

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR