Ər 31 yaşlı arvadını ürəyindən vurub öldürdü - Azərbaycanda

Ər 31 yaşlı arvadını ürəyindən vurub öldürdü - Azərbaycanda
SOSİAL
13:05 09.10.2016
3764
Bu gecə Neftçala rayonunda ər arvadını qətlə yetirib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Birinci Qaralı kənd sakini 1978-ci il təvəllüdlü Qafarov Ceyhun Abdulhüseyn oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Qafarova Aygün Arif qızını ürək nahiyəsinə bıçaq zərbəsi endirərək qətlə yetirib.
 
A. Qafarova 3 uşaq anasıdır.
 
Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR