Ər arvadını döyüb xəstəxanalıq etdi - VİDEO

Ər arvadını döyüb xəstəxanalıq etdi - VİDEO
SOSİAL
18:49 22.11.2016
4797

Şəmkirdə döyülmə faktı qeydə alınıb. 

 

Hadisə rayonun Seyfəli kəndində baş verib.

Kişvə Verdiyeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan qadın Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub və tibbi yardım göstərilib. 

Kişvə Verdiyevanın vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR