Ər və arvad bir-birinə rəqib oldu

Ər və arvad bir-birinə rəqib oldu
MAQAZİN
11:53 17.09.2025
182
Star TV-nin "Sahibsizlər” serialında "Firuze" obrazını canlandıran aktrisa Esra Ronabar həyat yoldaşına rəqib olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa çərşənbə axşamları "Kuruluş Orhan” serialında "Şahinşah" bəy obrazına həyat verən əri Barış Falayla qarşı-qarşıya gəlir.
 
Həyat yoldaşı Barış Falayla daha əvvəl eyni layihədə çalışmadıqlarını, lakin bu mövsüm eyni gündə və eyni saatda fərqli kanallarda yayımlanan seriallari ilə rəqib olduqlarını deyib:
 
"Evdə hər şey başqa, çəkiliş meydançasında başqadır. İllərdir ər-arvad eyni layihədə rol almırıq. Uzun illər əvvəl İzmir Şəhər Teatrında kiçik bir səhnəmiz var idi. 13 dəqiqəlik çıxış idi. O zaman karyeramın başlanğıcında idim. İndi isə ikimiz də eyni gündə fərqli seriallarla efirdəyik”.
 
Aysel
OXŞAR XƏBƏRLƏR