BAKU AZƏRBAYCAN
8°C
euro 1.8473
dollar 1.7000
rubl 0.0225
lirə 0.2509

Ər və arvad qəzada dünyasını dəyişdi

Ər və arvad qəzada dünyasını dəyişdi
MARAQLI
16:43 11.02.2020
5245
Antalyada bazar günü baş verən qəzada ölən Mehmet Fatih Taşıranın həyat yoldaşı da vəfat edib.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, 9 fevral 22:00 radələrində Mehmet.T idarəetməni itirərək İlker Erbenin idarə etdiyi avtomobilə çırpılıb.
 
Qəzadan sonra hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. Avtomobildə sıxışan Mehmet.T və həyat yoldaşı Gizem.T 1 saata yaxın çalışmalardan sonra çıxarıla bilib. Bütün müdaxilələrə baxmayaraq Mehmet.T ambulansda vəfat edib. Xəstəxanaya yerləşdirilən Gizem.T 2 gün sonra, bugün saat 10:30-da vəfat edib. Onun yaxınları cənazəni dəfn etmək üçün morqdan çıxarıb.
 
Qeyd edək ki, Mehmet və Gizem 3 il əvvəl ailə həyatı quracaqmış. Lakin xına günü Gizemin anası qəfil vəfat etdiyi üçün toy təxirə salınıb.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR