Əraqçi: Əli Laricaninin ölümü İranın siyasi sisteminə təsir etməyəcək

Əraqçi: Əli Laricaninin ölümü İranın siyasi sisteminə təsir etməyəcək
DÜNYA
15:44 18.03.2026
217
Abbas Əraqçi Əli Laricaninin ölümü İranın siyasi sisteminə təsir göstərməyəcəyini deyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazir bu barədə Al Jazeera televiziyasına müsahibəsində danışıb. O qeyd edib ki, İranın siyasi quruluşu möhkəm institutlara əsaslanır və ayrı-ayrı şəxslərin mövcudluğu və ya yoxluğu dövlət sisteminin fəaliyyətinə ciddi təsir etmir.

"Bir nəfərin varlığı və ya yoxluğu mövcud institutlara əsaslanan güclü siyasi quruluşumuza təsir göstərmir. Əlbəttə, fərdlərin rolu və müəyyən təsiri var, lakin əsas məsələ İranın siyasi sisteminin möhkəmliyidir”, – deyə nazir bildirib.

Müsahibə zamanı Abbas Əraqçi həmçinin ABŞ və İsrailin İrana hücumları, regiondakı gərginlik, mümkün atəşkəs müzakirələri və ölkənin nüvə doktrinası barədə də fikirlərini bölüşüb.

Nazir ABŞ və İsraili tənqid edərək bildirib ki, İranın siyasi, iqtisadi və sosial institutları güclüdür və dövlət sistemi fərdlərdən asılı deyil.
 
Gülay
OXŞAR XƏBƏRLƏR