Əraqçi: İranda vəziyyət tamamilə nəzarətə götürülüb

Əraqçi: İranda vəziyyət tamamilə nəzarətə götürülüb
DÜNYA
11:54 12.01.2026
235
İranda vəziyyət nəzarətə götürülüb.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi xarici ölkə səfirləri ilə görüşündə deyib.

O bildirib ki, etirazlar başlayandan - dekabrın 28-dən 30-na qədər etirazlar tamamilə dinc olub və etirazçıların əksəriyyəti ticarətlə məşğul olanlar olub.

"Bu müddət ərzində etirazlarçılar dinc yolla öz haqlı tələblərini bəyan edirdilər və etirazlarını ifadə edirdilər. İlk mərhələdə, bu üç gündə etirazçılarla hökumət arasında dialoq baş tutdu və etirazlar demək olar sona çatmaq nöqtəsində idi”, - Əraqçi bildirib.

Nazir "sonradan etirazlara silahlanmış terrorçuların qoşulduğunu və beləliklə, dinc aksiyaların etiraz formasından çıxaraq iğtişaşa çevrildiyini" qeyd edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR