Əraqçı İrandakı kütləvi etirazlar zamanı həlak olanların sayını açıqladı

Əraqçı İrandakı kütləvi etirazlar zamanı həlak olanların sayını açıqladı
DÜNYA
20:56 23.01.2026
752
İrandakı kütləvi etirazlar zamanı 3 117 nəfər həlak olub.

Bu barədə məlumatı İranın Xarici İşlər Naziri Abbas Əraqçı "X" sosial şəbəkə hesabında paylaşıb

Nazir qeyd edib ki, onların arasında 2 427 mülki şəxs və güc strukturlarının əməkdaşları, həmçinin 690 terrorçu var.

Əraqçının sözlərinə görə, iğtişaşlar zamanı 305 təcili yardım maşını və avtobus, 24 yanacaqdoldurma məntəqəsi, 700 mağaza, 300 fərdi ev, 750 bank, 414 hökumət binası, 749 polis məntəqəsi, 200 məktəb, 350 məscid, 15 kitabxana, 253 avtovağzal, 600 bankomat və 800 şəxsi avtomobil zərər görüb.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR