Əraqçi Lavrova zəng edib

Əraqçi Lavrova zəng edib
DÜNYA
16:48 28.02.2026
676
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

AZXEBER.COM xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Abbas Əraqçi "İran rəhbərliyinin ABŞ və İsrailin təcavüzünü dəf etmək üçün atdığı addımlar” barədə məlumat verib.

O bildirib ki, bu, İranın nüvə proqramına dair sülh yolu ilə həll üçün danışıqları bir daha pozub.

Əraqçi BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq planlarını açıqlayıb.

Sergey Lavrov isə ABŞ-la İsrailin İrana qarşı beynəlxalq hüququn prinsip və normalarını pozan, regional və qlobal sabitlik və təhlükəsizlik üçün ağır nəticələri tamamilə nəzərə almayan səbəbsiz silahlı hücumunu qınayıb.

Rusiya XİN başçısı İslam Respublikasına qarşı hücumların dərhal dayandırılmasının və vəziyyəti siyasi və diplomatik həll yoluna qaytarmağın vacibliyini vurğulayıb.

Sergey Lavrov Rusiyanın, o cümlədən BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan sülh yolu ilə həll yollarının axtarışını asanlaşdırmağa hazır olduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Fənərbaxça”dan “Turan Tovuz” oyunu ilə bağlı - İlk paylaşım
23:37 02.10.2026
“Fənərbaxça”dan “Turan Tovuz” oyunu ilə bağlı - İlk paylaşım
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
23:29 02.10.2026
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
23:21 02.10.2026
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
SEPAH terror qruplaşmasına qarşı əməliyyat keçirib, 2 nəfər öldürülüb
23:07 02.10.2026
SEPAH terror qruplaşmasına qarşı əməliyyat keçirib, 2 nəfər öldürülüb
Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
22:58 02.10.2026
Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Fərid Şahbazlı: Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir
22:47 02.10.2026
Fərid Şahbazlı: Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb
22:38 02.10.2026
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
22:28 02.10.2026
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
Bu ərazidə işıq olmayacaq - Xəbərdarlıq
22:21 02.10.2026
Bu ərazidə işıq olmayacaq - Xəbərdarlıq
4 ölkədən Rusiya ilə bağlı gözlənilməz qərar
22:15 02.10.2026
4 ölkədən Rusiya ilə bağlı gözlənilməz qərar
İran Trampın təklifini rədd etdi: Bütün planlar alt-üst oldu
22:05 02.10.2026
İran Trampın təklifini rədd etdi: Bütün planlar alt-üst oldu
Donald Tramp İlon Maska yeni vəzifə verdi
21:57 02.10.2026
Donald Tramp İlon Maska yeni vəzifə verdi
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:47 02.10.2026
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb
21:39 02.10.2026
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb
Argentina 350 min dollardan başlayan investisiya qarşılığında vətəndaşlıq verəcək
21:30 02.10.2026
Argentina 350 min dollardan başlayan investisiya qarşılığında vətəndaşlıq verəcək
“Kənar qüvvələrin daxili işlərimizə müdaxiləsinə imkan vermirik” - Deputat
21:23 02.10.2026
“Kənar qüvvələrin daxili işlərimizə müdaxiləsinə imkan vermirik” - Deputat