Əraqçi: Raket proqramımız danışıqlar mövzusu deyil

Əraqçi: Raket proqramımız danışıqlar mövzusu deyil
DÜNYA
15:25 11.02.2026
259
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İranın raket proqramı ilə bağlı açıqlamalarına cavab verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Əraqçi bildirib ki, İranın raketləri heç bir halda danışıqlar mövzusu olmayacaq.

İran dövlət televiziyasının məlumatına görə, Abbas Əraqçi bu açıqlamanı İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehranda keçirilən yürüş zamanı verib. O vurğulayıb ki, ölkənin müdafiə imkanlarına müdaxilə edilməsinə icazə verilməyəcək.

"Heç kim İranın raketlərinə zərrə qədər belə müdaxilə edə bilməz. Raketlərimiz danışıqlar mövzusu deyil və olmayacaq”, – deyə nazir bildirib.

ABŞ ilə mümkün danışıqlara da toxunan Əraqçi, hazırda danışıqların növbəti mərhələsinin vaxtı və yeri ilə bağlı konkret qərarın olmadığını qeyd edib.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp İranla əldə olunacaq istənilən razılaşmanın ölkənin nüvə proqramının bütün aspektlərini əhatə etməli olduğunu bildirib. Tramp əlavə edib ki, belə bir razılaşma İranın ballistik raket proqramını da hədəf almalıdır.
OXŞAR XƏBƏRLƏR