Əraqçi və Uitkoff İrandakı etiraz aksiyalarını müzakirə etdi

Əraqçi və Uitkoff İrandakı etiraz aksiyalarını müzakirə etdi
DÜNYA
21:58 12.01.2026
757
İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında İrandakı etiraz aksiyaları ilə bağlı təmas olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Axios” anonim mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, tərəflər yaxın günlərdə mümkün görüşün keçirilməsi imkanlarını da müzakirə ediblər. Lakin əlaqənin telefon danışığı, yoxsa yazılı mesajlaşma vasitəsilə baş tutduğu barədə məlumat verilməyib.

Ağ Ev və ABŞ Dövlət Departamenti "Axios”un sorğusuna münasibət bildirməyib.

Qeyd edək ki, bundan əvvəl İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi Əraqçi ilə Uitkoff arasında birbaşa əlaqə kanalının açıq olduğunu və zərurət yarandıqda tərəflərin bu kanal vasitəsilə bir-birinə mesaj göndərdiyini açıqlamışdı.
OXŞAR XƏBƏRLƏR