Erbil suriyalı xanımla eşq yaşayır

Erbil suriyalı xanımla eşq yaşayır
MAQAZİN
10:57 22.03.2026
190
Türkiyəli şoumen Mehmet Ali Erbil şəxsi həyatı ilə yenidən diqqət mərkəzindədir.
 
AZXEBER.COM türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda Gülseren Ceylandan boşanmasını rəsmiləşdirən məşhur şoumen sosial mediada canlı yayımla yenidən diqqət çəkib.
 
TikTok yayımı zamanı suriyalı bir qadınla birlikdə görünən Erbil açıq şəkildə həmin xanımla yeni münasibətdə olduğunu və 10 ildir tanış olduqlarını bildirib.
 
Boşanmasından qısa müddət sonra Erbilin özündən yaşca çox kiçik bir xanımla yenidən münasibətə başlaması sosial mediada ajiotaj yaradıb.
 
Canlı yayım zamanı izləyicilərin Erbilin boşandığı xanımın adını yazması yeni sevgilisinin xoşuna gəlməyib və o Gülseren Ceylanın ünvanına söyüşlər səsləndirib.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR