Erçel etirazlarda həbs olunan böyrək xəstəsi üçün kömək istədi

Erçel etirazlarda həbs olunan böyrək xəstəsi üçün kömək istədi
MAQAZİN
11:10 23.04.2025
145
Türkiyədə boykot etirazları zamanı həbs olunan ağır xəstəlikdən əziyyət çəkən Esila Ayıka dəstək paylaşımları gündən-günə artır.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Hande Erçel də sosial media hesablarında Esilaya dəstək olub.
 
Aktrisa onun tezliklə azad olunması üçün müraciət edib.
 
Esila "Bir gün" qəzetinə məktub göndərərək kömək istəyib:
 
"Böyrək dərmanlarım 2 günlük qalıb. 6 aydır istifadə etdiyim dəri dərmanlarım isə 13 gündür verilmir. 12 aya bitirməli olduğum müalicəm yarımçıq qaldı. Zəhmət olmasa səsimiz olmaqdan əl çəkməyin"

Xatırladaq ki, Esila Ayık, ağır böyrək yetməzliyindən əziyyət çəkir.
 
Aysel

 



OXŞAR XƏBƏRLƏR